Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunda və Fəlsəfə və Sosiologiya İnstitutunda yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilib.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bundan əlavə, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilib.