18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

AMEA-daki vəzifəsindən uzaqlaşdırıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb.

AMEA-dan verilən məlumata görə, onun hansı səbəblərdən ərazisini yazdığı hələlik bəlli deyil. Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur.

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə “Vikipediya” sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə “Vikipediya” hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. “Vikipediya”nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

Elnur Eltürkün

Mənbə:Unikal.org
Son xəbərlər
Oxşar xəbərlər