6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

AMEA-nın iki institutunun direktoru işdən çıxarılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev öz xahişi ilə vəzifəsindən çıxıb.

O, AMEA-nın müşaviri təyin edilib.

Akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.

Həmçinin akademik Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq edilib. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Akademik Şahin Mustafayev yenidən akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimovanın həmin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin isə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini kimi təsdiqlənib.

İqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva öz xahişi ilə İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyevaöz xahişi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasından xaric edilib.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər