26 C
Baku
Saturday, July 27, 2024

AMEA-nın muzeyləri Mədəniyyət Nazirliyinə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan muzeylər Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Son xəbərlər
Digər xəbərlər