14 C
Baku
Thursday, March 28, 2024

AMEA-nın prezidentinin maaşı artırıldı – SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1. AMEA-nın prezidenti 3 084
2. AMEA-nın 1-ci vitse-prezidenti 2 136
3. AMEA-nın vitse-prezidenti, akademik katibi 1 974
4. AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 1 476
5. İdarə rəisi 1 428
6. AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 1 380
7. İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi 1 176
8. Qeyri-əsas şöbənin rəisi, sektor müdiri 858
9. Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 810
10. Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 756
11. Aparıcı mütəxəssis 684
12. Mütəxəssis 624

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.

23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev seçilmişdir.

Son xəbərlər
Digər xəbərlər