Əsərlər Dövlət Mükafatına dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri tərəfindən təqdim olunacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər əsərlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim olunub.
Bundan əvvəl fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilib. Bu müddəa da ləğv olunub.