-3 C
Baku
Sunday, December 15, 2024

AMEA-nın saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

AMEA-nın saytı Azərbaycanın ilk veb-portalıdır, sayt 1995-ci ildə fəaliyyətə başlayıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər