13 C
Baku
Tuesday, May 14, 2024

AMEA-nın yığıncağının proqramı məlum olub: yeni prezident seçkisi yoxdur, nizamnamə müzakirə olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.

Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.

Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.

Bundan başqa, tədbirdə “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanlarının təqdimatı olacaq.

Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər