13 C
Baku
Saturday, May 18, 2024

AMEA prezidentilə bağlı Prezidentdən FƏRMAN

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akademiyanın strukturuna daxil olan qurumlarda monitorinqlər aparılması, strateji fəaliyyət planlarının hazırlanması, ekspertiza işlərinin təşkili məqsədilə mütəxəssislərdən ibarət işçi qruplar, komissiyalar, eləcə də koordinasiya və idarəetmə şuraları yaradacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Akademiyanın prezidenti Akademiyanın Ümumi Yığıncağında Akademiyanın həqiqi üzvləri sırasından seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin vəzifəyə təsdiq edilir.

Akademiyanın prezidenti Akademiyanın Ümumi Yığıncağında iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu ilə gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir.

Akademiyanın prezidenti:

-. Akademiyanın fəaliyyətini təşkil edir;

-. Akademiyanın Ümumi Yığıncağına və Rəyasət Heyətinin iclaslarına sədrlik edir;

-. Akademiyanın əmlakından istifadə və maliyyə vəsaiti barədə sərəncam verir;

-. Akademiyanı təmsil edir, müqavilələr bağlayır, etibarnamələr verir və digər hüquqi hərəkətləri həyata keçirir;

-. dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin Akademiyanın müəssisələri arasında bölgüsünü təsdiq edir;

-. Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyətlər əsasında beynəlxalq müqavilələr imzalayır;

-. Rəyasət Heyəti Aparatının işçilərini və Rəyasət Heyətinin təsdiq etdiyi nomenklatur çərçivəsində digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

-. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın elmi müəssisəsinin (regional elmi bölmə istisna olmaqla) rəhbərini (elmi müəssisənin tərkibində olduğu elmi bölmənin Ümumi Yığıncağında gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçildikdən və Rəyasət Heyəti tərəfindən təsdiq olunduqdan sonra) həmin vəzifəyə təyin və vəzifədən azad edir;

-. Akademiyanın elmi müəssisəsi (regional elmi bölmə istisna olmaqla) rəhbərinin elmi işlər üzrə müavinini (elmi bölmənin Elmi Şurasında 5 (beş) il müddətinə seçildikdən və Rəyasət Heyəti tərəfindən təsdiq olunduqdan sonra) həmin vəzifəyə təyin və vəzifədən azad edir;

-. Rəyasət Heyətinin Aparatı və Akademiyanın strukturuna daxil olan digər qurumlar üçün icrası məcburi olan daxili sərəncam və əmrlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

-. Akademiyanın strukturuna daxil olan qurumlarda monitorinqlər aparılması, strateji fəaliyyət planlarının hazırlanması, ekspertiza işlərinin təşkili məqsədilə mütəxəssislərdən ibarət işçi qruplar, komissiyalar, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır.

Akademiyanın prezidenti müvəqqəti olmadıqda, səlahiyyətlərinin icrasını vitse-prezidentlərdən birinə həvalə edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər