Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-sənaye zavodu nizamnamə kapitalını azaldıb.
Banker.az xəbər verir ki, AMEA Təcrübə-sənaye zavodunun nizamnamə kapitalı azaldılaraq 633980.30 manat müəyyən edilir.
Bildirək ki, AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılıb.
Zavodda müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s. neft kimya profilli məhsullar istehsal edilir.