18 C
Baku
Saturday, November 2, 2024

AMEA-ya bizneslə məşğul olmaq səlahiyyəti verilir

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni bir hüquq verilir.

Milli Məclisdən verilən məlumata görə, “Elm haqqında” yeni qanun layihəsinə əsasən, Akademiya elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququna malik olacaq. Bu qurum Azərbaycan qanunvericiliynə və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir.

Layihədə qeyd edilir ki, elmi və elmi-texniki fəaliyyətin maliiyyələşdirilməsi çox mənbəli olmaqla dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr, eləcə də Azərbaycanın qanunvericliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Elmi müəssisə və təşkilatların Azərbaycana elmi tədqiqatlar aparmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən tam və ya qısmən azad edilə bilər, yaxud güzəştli şərtlər tətbiqi olunmaqla rəsmiləşdiriləcək.

Layihədə qeyd edilir ki, dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsi Milli Məclisin fevralın 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Trend

Son xəbərlər
Digər xəbərlər