10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

AMEA-ya yeni birinci vitse-prezident təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti vəzifəsini icra edən şəxs məlum olub.

Bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda AMEA-nın akademik-katibi Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.

Son xəbərlər
Oxşar xəbərlər
X