“AMEA Yüksək Texnologiyalar Parkı” MMC “Troniq” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İcarə müqaviləsi üzrə mübahisələrdir.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Bildirək ki, “Troniq” MMC AMEA-nın Yüksək Texnologiyalar Parkına rezident qəbul olunub. “Troniq” MMC yerli cihaz və avadanlıqların istehsalını həyata keçirir.