AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə yeni təyinat

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru vəzifəsinə təyinat olub.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl YT Parkın infrastruktur üzrə direktor müavini vəzifəsində çalışırdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Geologiya-mineralogiya elmləri namizədi Samir Məmmədov AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev yeni direktoru kollektivə təqdim edib. 

Akademiyanın rəsmisi çıxış edərək Samir Məmmədovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının xüsusiliyini diqqətə çatdıran Fətəli Abdullayev mövcud istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı YT Park kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.