“AMEA Yüksək Texnologiyalar Parkı” MMC “DN Technologies” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələrdir.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
“DN TECHNOLOGIES MMC” – fəaliyyət istiqaməti 3D modelləmə & Simulyator və Robot Texnologiyaları olan şirkət proqram təminatları və texnoloji yönümlü məhsulların istehsalı, satışını həyata keçirir. Həmçinin lisenziya əsasında məhsulların digər təşkilatların istifadəsinə verilməsi ilə məşğuldur.