5 C
Baku
Saturday, December 14, 2024

“American Airlines” “Boeing”dən təzminat istəyir

“American Airlines” “Boeing” şirkəti ilə “737 Max” təyyarələrinin istifadəsiz qalması ilə bağlı təzminat ödənişi barədə danışıqlara başlayıb.

Bu barədə AP xəbər verir.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında və 2019-cu ilin mart ayında baş vermiş iki böyük qəzadan sonra dünyada “Boeing 737 Max” təyyarələrinin uçuşlarına qadağa qoyulub. Donanmasında 24 ədəd bu tipli təyyarə olduğu “American Airlines” şirkətinin bununla bağlı 2019-cu il ərzindəki maddi zərəri ilkin hesablamalara görə 540 milyon dollar məbləğində dəyərləndirilir.

Hazırda təzminatın hansı formada ödəniləcəyinin müzakirə olunduğu bildirilir. “Boeing” təmsilçisi təzminatın qismən təyyarə parçaları, yaxud “American Airlines” əməkdaşlarına təlim keçmək şəklində də ödənilə biləcəyini qeyd edib.

Bundan əvvəl “Boeing” “Souttwest Airlines” və “Turkish Airlines” şirkətlərilə təzminat barədə razılığa gəlsədə, hər iki halda məbləğ açıqlanmayıb. 

© Report

Son xəbərlər
Digər xəbərlər