“American Airlines” bir neçə illik fasilədən sonra İraqa uçuşları bərpa edir.
Bu barədə “Mavasin News” xəbər portalı məlumat yayıb.
“ABŞ-ın milli aviaşirkəti “American Airlines” təyinat məntəqələrinə uçuşlar üçün İraq hava məkanından yenidən istifadə etməyə başlayır. Onun fəaliyyətinin bərpası bir neçə il davam edən fasilədən sonra baş verib” – deyə məlumatda bildirilir.
İraq Nəqliyyat Nazirliyi əlavə təfərrüatları açıqlamayıb.