9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“American Airlines” şirkəti “Boeing 737 MAX”dan imtinaya görə $400 mln zərər edib

“American Airlines” aviaşirkəti “Boeing 737 MAX” təyyarələri ilə həyata keçirilməli olan uçuşlardan imtinaya görə 400 milyon ABŞ dolları zərər edib. 

Report agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məbləğ aviadaşıyıcının zərərlə bağlı proqnozundan 50 milyon dollar çoxdur. 

Şirkət noyabrın 2-nə qədər “Boeing 737 MAX” ilə bütün uçuşları təxirə salıb. Hazırda “American Airlines” şirkətinin sərəncamında 24 ədəd MAX tipli təyyarə var, daha 76 ədəd bu modeldən olan təyyarə sifariş edilib. Onlardan 7-si bu ilin II rübündə təhvil verilməli idi.

Yalnız bu üç ayda “Boeing” ilə bağlı problemlər səbəbindən şirkət 175 milyon dollar itirib. Bununla belə, aviaşirkət rübü 662 milyon dollar xalis mənfəətlə başa vurub. Bu isə keçən ilə nisbətən 16% çoxdur. Göstərilən dövrdə qazanc 2,7% artaraq 12 milyard dollara çatıb ki, bu da şirkətin ikinci rüb üçün rekord göstəricisidir.

Son xəbərlər
Oxşar xəbərlər