10 C
Baku
Friday, December 13, 2024

“American Airlines” yaxın gələcəkdə Venesuelaya uçuşlar həyata keçirməyəcək

Hava yük daşıyıcısı müvafiq şərtlər olandan sonra uçuşlara davam edəcək.

Banker.az bildirir ki, “American Airlines” hava uçuşları şirkəti Venesuelaya uçuşları qeyri-müəyyən müddətə dayandırıb. Bu barədə hava daşıyıcısı özü cümə axşamı günü xəbər verib.

Şirkətin yaydığı məlumatda deyilir: “ Martın 15-də biz bu ölkəyə uçuşu dayandırdıq və davam etdirilməsi üzərində işlərə başlamışıq. Lakin biz bu vaxtdan etibarən qeyri-müəyyən müddətə Venesuelaya uçuşları dayandırmaq barədə çətin bir qərar qəbul etmişik”.

Hava yük daşıyıcısı qeyd edib ki, vəziyyətə nəzarət edir və müvafiq şərtlər olanda uçuşları davam etdirməyi düşünür. Şirkətdən həmçinin əlavə ediblər : “ Lakin bizim vaxt limitimiz yoxdur”.

American Airlines şirkəti gün ərzində Mayamidən Karakasa iki, Marakayboya bir uçuş həyata keçirirdi. Amerikanin iki nəhəng hava yolları şirkəti United Airlines və Delta Airlines Venesuelaya uçuşları hələ 2017-ci ildə dayandırmışdı.

İki gün əvvəl Venesuelanın Ali Məhkəməsi tərəfindən parlament spikeri postu ləğv edilən Venesuelanın müxalifət lideri Xuan Quaydo 23 yanvarda özünü ölkə prezidenti səlahiyyətlərinin daşıyıcısı elan edən kimi Venesuelada böhran artdı. ABŞ və digər ölkələr onu müvəqqəti ölkə başçısı kimi qəbul etdilər. Rusiya, Belorusiya, Boliviya, İran, Kitay, Kuba, Nikaraqua, Salvador,Suriya və Türkiyə həqiqi prezident Nikols Maduronu dəstəkləyirdilər.

Son xəbərlər
Digər xəbərlər