Amerikanın American Express maliyyə şirkəti Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi fonunda rus tərəfdaşları ilə əməkdaşlığı dayandırır. Bu barədə təşkilatın açıqlamasında deyilir.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, “American Express”in “Rusiyada kiçik biznes əlaqələri” var ki, bunlara bir neçə bank daxildir.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyatın başlandığını elan edib.