-1 C
Baku
Saturday, December 14, 2024

Amerika fond bazarı ABŞ-Çin ticarət müharibəsinin kəskinləşməsi fonunda çökdü

ABŞ-ın əsas fond indeksləri, Çinin idxal rüsumlarına reaksiya verməsindən sonra ilin başından bəri ciddi azalma göstərirlər.

Xatırladaq ki, daha əvvəl amerikan mediasının verdiyi məlumata görə, ölkələr arasında “tez bir zamanda ticarət sazişi bağlanmalı” idi. Reallıqda isə ABŞ və Çinin bir-biri ilə ticarət sahəsində yeni qarşılıqlı məhdudiyyətlərlə mübadiləsini müşahidə edirik.

Banker.az xəbər verir ki, ABŞ prezidentinin 200 milyard dollar dəyərində olan Çin mallarına idxal rüsumlarını 10%-dən 25%-ə qədər qaldırması, “S&P” və “Nasdaq” indekslərin müvafiq olaraq 2,2% və 3% itirməsinə səbəb olub. Bu, 2018-ci ilin dekabr ayından etibarən ən pis nəticədir.

“Dow Jones” indeksi 2,4% düşərək 25 324 punkta, “S&P” 500 2,4% düşərək 2 811 punkta, “Nasdaq” isə 3,4% itirərək 7 647 punkta çatmışdır.

“Tax Foundation” analitik mərkəzin vitse-prezidenti olan Nicole Cadding qeyd edir ki, ABŞ-Çin ticarət müharibəsinin kəskinləşməsi, Trump rəhbərliyinin ABŞ iqtisadiyyatı üçün 2017-ci ildə qəbul etdiyi vergi kəsintilərinin təsirini azaldacaq.

Bir sıra ekspertlər qeyd ediblər ki, ticarət ziddiyyətinin həlli üçün heç bir perspektiv olmadıqda mövcud azalma davam edə bilər. “Ladenburg Thalmann Asset Management” konsaltinq şirkətinin baş icraçı direktoru Philip Blancato CNBC-ə verdiyi müsahibədə qeyd edib ki, bunun qarşısını almaq üçün danışıqları bərpa etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər