San Fransisko Federal Hakimləri, kiber cinayətkaragirovu kriptovalyuta ilə ödəməyi əmr etdi.
San Francisco əyalətindəki bir firmanın oyun bazasını hack etdiyinə görə günahlandırılan Serbiya və İtaliyavətəndaşı Martin Mariş, sərbəst buraxılması üçünkriptovalyutada depozit yatırmalıdır. ABŞ Prokurorluğu tərəfindən verilən məlumata görə, buqərarı San Fransisko federal məhkəməsi verib.
Qeyd edək ki, FBI agentləri istintaq zamanı Marişanıoyun şirkətinin daxili şəbəkəsinə qeyri-qanuni yolladaxil olmaq istəyərkən, o cümlədən istifadəçihesablarının məlumatlarını əldə etmək şübhəsi üzərinəsaxlayıblar.
İstintaqa görə, Marişa oğurlanmış məlumatları oyuniçindəki əşyaların alış-satışında istifadə edirmiş. O, həmçinin darknetdə hack edilmiş hesabları satırmiş, bundan sonra firma hack edilmiş hesabları deaktivetməli olub. Şirkətin ümumi ziyanı 324 min dollar dəyərində qiymətləndirilir.
Şübhəli, Serbiyaya uçan təyyarəyə minmək istəyərkən , San Fransisko Beynəlxalq Hava Limanında tutulub. Daha sonra məhkəmə iclası zamanı hakim Jacqueline Corley Marişin 750 min dolları kriptovalyuta iləödəməsi şərtilə girovdan azad edilə biləcəyinə qərarverib.
Məhkəmə Marişi günahkar hesab edərsə , onu beşilədək həbs cəzası və 250 min dollar cərimə qərarıgözləyir.