Əksər hallarda qeyd edilir ki, amerikan millətini yaradan və həmçinin protestantizm etikası ilə birlikdə bu pioner və müstəmləkəçilərdən ibarət xalqın mentalitetini formalaşdıran və qəhrəman-milyarder obrazını həmin folklorun bir hissəsinə çevirən həmin əfsanə utopiyadan başqa bir şey deyil. Belə ikili ideoloji mənbə bu ölkənin, kapitalizmin həqiqi vətəninin, sakinlərinin ağıllarında sərvət axtarışında olanların necə bir xüsusi yer tutduğunu başa salmağa əsas verir.
Amerika, bu söz var-dövlət və qızıl hərarətinin sinonimi olduğu üçün uzun bir zaman ərzində arzuları canlandırır, oyadırdı, belə ki, onda bütün dünyanın kasıbları üçün o qədər ümid və qızıl ilğımlar gizlənirdi. Onlar inanırlardılar ki, orada qızıl ayaqlar altına səpələnib və ovuc dolu qızıl yığmaq üçün sadəcə əyilmək kifayətdir. Bu elə bir ölkə idi ki, burada pul hökmranlıq edirdi və onları yığıb cah-calal içində yaşamaq heç də ayıb bir şey deyildi.
Köhnə Avropadan fərqli olaraq Amerikada heç bir zaman pullara və pulları olan kəslərə lənət elan edilmirdi. Xəyalı ideologiyaya əsasən cənnət burada, bu dünyada, həyata keçməlidir, protestant etikasına əsasən isə var-dövlət əməksevərliyin və kəramətin mükafatıdır. Və artıq dövlətlini deyil, əksinə kasıbı bütün günahlarda şübhəli sayırdılar. Onun kasıblığının səbəbi-tənbəllikdir. Belə baxış bucağı sayəsində sərvət qazanmaq səyi-ən sərt puritan mənəviyyatının bütün tələblərinə riayət edildiyi halda-insanın qanuni haqqına çevrilir.
Xəyal xoşbəxtlik ideyası üçün yeni perspektivlər açırdı. Xoşbəxtlik, həzz “digər dünyaya”t əxirə salınmır, o, bu dünyada nail oluna biləcək bir həzz kimi təmsil olunur. Bu yeni kəşf edilmiş torpaqlara enərkən XVI əsrin pionerləri xoşbəxt, ədalətli və zəngin, artıq köhnə Avropanı zəhərləmiş qüsurlardan və təhriflərdən azad olan bir cəmiyyət yarada biləcəklərinə əmin idilər.
Tomas Mor və Kampanellann fantaziyaları ilə bəhrələnmiş müstəmləkəçilərinin başlarını Eldorado, söz verilmiş torpaq, cənnət bağçası, onların dedikləri kimi, süd və balla axan çayları olan torpaq, haqqında təsəvvürlər fırladırdı. Buradakı bolluq onların yorucu kərəmətinin mükafatı olmalı idi. Aydındır ki, həqiqət hər zaman onların bəslədiyi ümidləri doğrultmurdu. Bəziləri, necə deyərlər, ağıllı şəkildə hər iki tərəfə bilet əldə edənlər, öz vətənlərinə geri dönürdülər. Lakin daimə canlanan xəyali arzu amerikalının ürəyində kök salmışdı və hətta iyirmi doqquzuncu ilin böhranı, hər nə qədər fəsadları dramatik olmasına baxmayaraq, heç nəyi dəyişmədi. Puritanlıq, xoşbəxtlik və zənginlik bu gün də Atlantikanın digər tərəfində cəmiyyətin əsas stimul edici qüvvələridirlər. Hər halda bu biz də belə başa düşülür.
Və bu təbii ki, avropalı milyarderlərindən fərqli olaraq, Yeni Dünyanın milyarderləri, öz xöşbəxtliklərindən zövq almaqdan ötrü gizlənməyə ehtiyacları olmayanlar üçün böyük bir uğur idi. Onlar məharətlə öz varlıqlarına yüngül puritanlıq və xeyriyyəçilik görüntüsü verirlər və orada heç kəsin ağlına onlara məxsus olan sərvəti sorğulamağa cəhd göstərmək gəlmir. İnsanlıq dəyərləri pul ilə ölçülən bir cəmiyyətdə milyarderlər qəhrəman sayılırlar. Və hər bir kəs onlara bənzəməyi arzu edir.
“Amerikan xəyalı”nın təcəssümü olduğu və ameika millətinin ən tipik əfsanələrinin əsasında öz əfsanələrini yaratdiqları halda onlar hamısı,canlı nümayəndələri olduqları, pioner qəbiləsindən çıxıblar və buna görə də heç nə də öz həmvətənlərinin həssasılıqlarına toxunmağa qadir deyillər.Təmamilə əksinə:hər nə qədər milyarderlər öz sərvətlərini heyrətlənmiş kütləyə nümayiş etdirirlər, bir o qədər onların sahib olduğu cəh-cəlal abırsız, hollivudcasına bağıran (bizdə buna “küstahlıq”deyə ad verilərdi) görsənir və bir bu qədər də bu, kütlənin təxəyyülünü oxşayır.Beləliklə bu insanların zəngin olduqlarını gizlətməyə və “burjuaziyanın təvazökar məlahətini”təsvir etməyə ehtiyyacları yoxdu.
Vanderbilt və Uilyam Herst özləri üçün ən pis zövqdə dəbdəbəli saraylar ucalda bilərlər və yaxud əhalinin ümümi yoxsulluq fonunda cəsarətli görsənsənən yaxtları ilə dənizlərə düzı bilərlər və heç kəsin ağlına bu təhqirdir deyə qışqırmaq belə gəlməz.Hovard Hyuz da açıq-aşkar ən varlı dollar milyarderi olduğunu bəyan edə bilər və heç kəsə onun səltənətinin ağlasığmaz məbləği şuuri sərhədləri aşmış görünməz.Orada hər kəs buna nail olmağı xəyal edir.
Beləliklə Made in USA miyiarderlərinin zənginlik rəftarında ümumi, ortaq nə isə var və bu onları bir-birinə oxşar edir. Onlar komplekslərdən məhrumdurlar,öz zənginlikləri ilə fəxr edirlər və onu açıq-aşkar ərköyün uşaqların şən gülüşü ilə nümayiş etdirirlər.Onların həmvətənləri buna qarışmış riqqət, pərəstiş və paxıllıq hissləri ilə baxırlar. Onlar üçün Skopidom dayı nümunə sayılır; Sirano de Berjerak və Yoxsul Qotye isə onlara ümumiyyətlə məlum deyillər. Hər kəs Rokfellerlər olmağı, Henri Fordun və Vanderbiltin izləri ilə getməyi və onlar kimi hökmranlıq edən kapitalizmin qəhrəmanları olmağı arzu edirlər.Yeni Dünyanın naibləriı onlar üçün “amerikan xəyalı”nın həyata keçirilməsinin sübutudur. Və əgər buna şübhə edilsə, bütün ictimai düzən öz stabilliyini itirər. Avropalılara gəldikdə isə, onlar milyarderlərə uzaqdan baxır və asanlıqla onlara qarşı paxıllıq, həmçinin də heyranlıq hissinə qapılırlar və “böyük amerikalı uşaqları”na bir növ yumşaqlıqla bəzədilmiş böyük ihsanla yanaşırlar.Köhnə və Yeni Dünyanı ayıran məsafə düşüşün kəskinliyini yumşaldır.Milyarderlərin rəngarəng və xrom ilə bəzədilmiş avtomobillərinin təkraredilməz pis zövqü mühakimə meyarlarlarını təhrif edir-Avropada amerikalı milyarderləri rişxəndli münasibətin və paxıllığın qoruması altındadırlar.