Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.
Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 9,2 milyon barrel azalaraq 469,2 milyon barrel təşkil edib.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər isə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.