Neft dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8:30 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.04$ , yəni, 0.09% azalaraq 46.28$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.21$, yəni, 0.37% ucuzlaşaraq 56.47$-a təklif olunub.