13 C
Baku
Monday, May 6, 2024

Amerika prezidentləri bərədə ən məzəli faktlar

– Abraham Lincoln yeganə prezidentdir ki, o həm də lisenziyalı barmen olub. Çalışdığı barın adı isə “Berry and Lincoln” idi.

– Grover Cleveland Amerika tarixində yeganə prezidentdir ki, o həm də edam cəzalarının icrasında olub. O, Nyu-Yorkun “Erie County” dairəsində şerif kimi çalışarkən, 2 dəfə edam cəzasının gerçəkləşməsində (asma üsulu ilə) şəxsən iştirak edib.

– James Madison və Thomas Jefferson yeganə prezidentlər olub ki, onlar bazar günü Vermontda at arabasında gəzərkən həbs olunublar. O ərazidə bazar günləri at arabasından istifadə etmək ştatın qanunlarına zidd idi.

– George Washington heç zaman Ağ Evdə yaşamayıb. Onun vaxtında paytaxt Filadelfiya idi.

– James Abram Garfield telefonla danışan ilk prezident olub.

– Warren Gamaliel Harding yeganə prezident idi ki, Ağ Evin içində yerləşən paltar şkafında gənc xadimələr ilə görüşürdü (eşq macərası yaşayırdı).

– Martin Van Buren ilk prezident idi ki, Amerikada dünyaya gəlmişdi. Bütün öncəki prezidentlər Britaniya və ya bu ölkənin subyektlərində dünyaya göz açmışdılar.

– Richard Milhous Nixon bütün 50 ştatları gəzən ilk prezident olub.

– Teddy Roosevelt 42 yaşında prezident olmaqla Amerika tarixinin ən gənc prezidenti kimi tarixə düşüb.

– Amerika tarixində heç bir prezident heç zaman evin tək uşağı olmayıb.

G.Bush prezident olmazdan öncə alkoqol aludəsi olub. Uzun müddət müalicə olduqdan sonra içkini azalda bilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər