2022-ci maliyyə ilində ABŞ hərbi avadanlıqlarının satışı 48,8% artaraq 205,6 milyard dollara çatıb.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir.
2022-ci maliyyə ilində (1 oktyabr 2021-ci ildən 30 sentyabr 2022-ci il – Red) ABŞ hərbi texnikasının xaricə təsdiqlənmiş satışının həcmi 205,6 milyard dollara çatıb.Bu müddət ərzində satılan avadanlıqların siyahısına İndoneziya üçün 13,9 milyard dollarlıq “F-15ID” döyüş təyyarələri, Yunanıstan üçün 6,9 milyard dollar dəyərində çoxməqsədli döyüş gəmiləri və Polşa üçün ümumi dəyəri 6 milyard dollar olan “M1A2 Abrams” tankları daxildir.
2021-ci maliyyə ilində ABŞ hərbi texnikasının digər ölkələrə razılaşdırılmış satışı 138,2 milyard dollar təşkil edib.