24 C
Baku
Sunday, August 14, 2022

Amerika şirkətləri pandemiya dövründə 2 trln. dollar “cash” yığıblar

Amerikanın qeyri-maliyyə şirkətləri iyun ayına qədər 2,12 trilyon dollar maliyyə yığıblar və bu, keçən ilin son ayları ilə müqayisədə 1/3 dəfə çoxdur.

Banker.az xəbər verir ki, “Financial Times”in hesablamalarına görə, bu məbləğin böyük hissəsi İT-nəhənglərinə, yəni “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook”a məxsusdur. “Maliyyə yastığı”nın dörddə birindən çoxu (581 milyard dollar) onların payına düşür. Qeyd edək ki, ötən il bu rəqəm 571 milyard dollar olub.

Ekspertlərin fikrincə, koronavirus pandemiyası biznesi pul yığmağa sövq edir. Moody’s analitikləri 2020-ci il ərzində “cash” səviyyəsinin daim yüksək qalacağını proqnozlaşdırıblar. Bundan əlavə, likvidliyi artırmaq üçün borc götürülən vəsait həcminin artması gözlənilir.

Agentlik qeyd edir ki, 2020-ci ilin iyun ayında ümumi korporativ borc 6,31 trilyon dollara çatıb ki, bu da 2019-cu il ilə müqayisədə 891 milyard dollar çoxdur. Moody’s analitikləri qeyd edirlər ki, 2019-cu il istisna olmaqla demək olar ki, 13 il ərzində borc artmağa davam edib.

Son xəbərlər
Oxşar xəbərlər