11 C
Baku
Tuesday, November 5, 2024

Amerika sürətlə yaşlanır

Amerikanların yarısının 38-dən yuxarı yaşı var.

Amerikanın yaşlanması davam edir. ABŞ-ın siyahıyaalınma bürosundan alınan statistik məlumatlar göstərir ki, əhalinin yarıdan çoxunun 38-dən yuxarı yaşı var. Qadınlar üçün orta yaş 39,5, kişilər üçün isə 36,9 təşkil edir.

Banker.az xəbər verir ki, bu proses demək olar ki, hər yerdə davam edir: Amerikanın 50 ştatından 49-da yaşlı insanların sayının artması müşahidə olunur. Şimali Dakota yeganə “gənc” ştatdır.

“Bu fenomen (yaşlanma) doğum səviyyəsinin yüksək olduğu dövrlərdə anadan olmuş şəxslərin (baby boom) 65 yaş həddini keçməsi ilə bağlıdır”, – deyə əhalinin siyahıyaalma bürosunun rəhbəri açıqlayır.

Digər bir səbəb – ölkədə doğum səviyyəsinin aşağı olmasıdır. Əvvəllər də qeyd edildiyi kimi, 2018-ci ildə ABŞ-da yenidoğulanların sayı 3,9 milyona düşdü. Bu, son 32 ildə ən aşağı göstərici olmuşdur.

80 yaşı ötmüş insanları sayı 12,7 milyona çataraq rekord qırıb.

Regionlara gəldikdə, şimal-şərqdə əhalinin orta yaşı 40 yaş təşkil edir. Şimal-şərq ştatları arasında “daha gənc” olanları Massaçuseç və Nyu-York ştatlarıdır. Ən yaşlı ştat isə Men ştatıdır (orta yaş 44,9) – bu Şimali Dakotadan 10 yaş çoxdur.

Ən yaşlı rayonlar sırasında Floridanın Samter rayonu fərqlənib, burada əhalinin orta yaşı 67,8 təşkil edir. Dünyanın ən varlı pensiyaçılar birliyi olan “The Village” da burada yerləşir. 2018-ci ildə burada yaşayan insanların sayı 114 mini ötüb keçmişdir.

Cari ilin dekabrında ABŞ əhalisinin 330 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bloomberg qeyd edir ki, əhali sayının artmasına baxmayaraq, müəyyən yaş qruplarında azalmalar müşahidə olunur.

Yaş fərqi həm regional, həm də irq səviyyəsində müşahidə olunur. Məsələn, Havay və sakit okean adalarının yerli əhalisi son 8 ildə cəmi 2,6 il qocalıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər