1 C
Baku
Saturday, December 14, 2024

Amerikada ipoteka neçə faizlə verilir?

Ekspertlərin təxminlərinə zidd olaraq ABŞ-da ilin əvvəlindən ipoteka faiz dərəcələri enməyə başlayıb. Ekspertlər belə hesab edirlər ki, hətta bu tendensiya davam etsə belə amerikan daşınmaz əmlak nümunələrində fəal qiymət artımı müşahidə edilməyəcək.

Freddie Mac ipoteka agentliyinin sonuncu həftəlik hesabatına əsasən, ABŞ-da 30 il üçün orta ipoteka faizləri 4,23%. Bu faiz 15 il üçün isə 3,33%-dir. İpoteka faizlərinin enməsi tendensiyası bu ilin əvvəlindən başlanıb. Ölkədə ipoteka faizləri 2013-cü il noyabr ayındakı göstəriciyə çatmışdır. Belə ki, bu zaman faizlər 4,29% həcmində idi.

Son xəbərlər
Digər xəbərlər