19 C
Baku
Friday, October 7, 2022

Amerikalı aktyor Zelenskiy və Trampın karikaturasını nəşr etdi – Foto

Amerikalı aktyor Cim Kerri “Twitter”-də Ukrayna prezidenti Vladimir Zelenskiy və Amerika lideri Donald Trampın karikaturalarını paylaşıb.

Banker.az xəbər verir ki, şəkildə Donald Tramp ukraynalı həmkarına “Xaç atası” filminin baş qəhrəmanının sözlərini söyləyir.

“Bir gün mən səndən bir şey xahiş edəcəyəm. Lakin o vaxta qədər hərbi yardım şəklində olan hədiyyəmi qəbul et”, – karikaturada yerləşdirilmiş yazıda qeyd olunur.

“Zelenskiy bu təklifi rədd edə bilmir”, – deyə Kerri karikaturaya şərh bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampa münasibətdə impiçment prosedurunun başladığını elan etmişdir. Belə bir qərarın əsas səbəbi isə Donald Tramp ilə Zelenskiy arasındakı telefon danışığı olub. Spikerin fikrincə, prezident ukraynalı həmkarına təzyiq göstərərək, ABŞ Konstitusiyasını ciddi şəkildə pozub.

Bezymyannyj 161

Son xəbərlər
Oxşar xəbərlər