6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Amerikalı alimlər koronavirusun yeni növünü aşkar etdilər

Amerikalı alimlər Malayziya mütəxəssisləri ilə birlikdə koronavirusun yeni növünü aşkar ediblər. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Verilən məlumata görə, infeksiya itlərdən insana ötürülür. Bu barədə “Ohio state news” nəşri yazıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, əvvəllər yalnız heyvanların yoluxduğu bu virus insan üçün də təhlükəlidir və təkcə insandan insana deyil, həm də heyvanlardan insana ötürülür.

“İndi bu virusun yeni pandemiyaya gətirib çıxaracağı üçün bir səbəb görmürük, amma gələcəkdə bunun baş verə biləcəyini istisna edə bilmərik”, – deyə alimlərdən biri qeyd edib.

Koronavirusun yeni növünə yoluxmuş heyvanlarda mədə-bağırsaq problemləri aşkar edilib. Qeyd edildiyi kimi, bu tip infeksiya diaqnozu qoyulmuş səkkiz xəstənin hamısı sağalıb və bir həftə ərzində evə göndərilib.

Xatırladaq ki, mart ayının sonunda Hindistanda iki dəfə mutasiya etmiş koronavirusun yeni növü aşkar edilib. Ölkənin Səhiyyə Nazirliyi mutasiyanın baş verməsi ilə yoluxma hallarının artdığını açıqlayıb.

Son xəbərlər
Oxşar xəbərlər