10 C
Baku
Thursday, December 12, 2024

Amerikalı analitiklərin verdiyi proqnoza əsasən neftin qiyməti 150$ çatacaq

Analitiklər hesab edirlər ki, neftin qiymətində iki dəfə bahalaşma ehtimalı var. İnvestisiya şirkəti Sanford C.Bernstein-nin ekspertləri güman edirlər ki, tezliklə bazarda neftin kotirovkasında artım olacaq. Neft şirkətləri geoloji kəşfiyyata, neftin emalına və hasılatına, istehsalın yenidən təşkilinə investisiya qoymaqdan imtina edirlər, bunun əvəzinə səhmdarlara dividend ödəməyə üstünlük verirlər.

SCB-nin məlumatına əsasən,  neft sənayesin yenidən investisyanın nisbəti son illər ərzində ən aşağı həddə çatıb, sübut edilmiş ehtiyyatlar isə son 18 il ərzində üç dəfə azalıb. «Təklifin çatışmamazlığı qiymətlərin dərhal artmasına gətirib çıxardacaq, 2008-ci ildə qeyd edilən bir barelin 150$ olmasından daha çox təşkil edəcək»- Bernstein qeyd edir.

2008-ci ilin iyul ayında ən bahalı neft markası Brentin qiyməti 147,5$ təşkil edirdi. İndi isə o iki dəfə ucuzlaşıb.

RBK-a bildirir ki,   Venesuelada mövcud olan neft çatışmamazlığı və İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində  ixracatın azalması təhlükəsini nəzərə alaraq Bank of Amerika-nın analitikləri may ayında neft çatışmamazlığı baş verəcəyi ehtimalını qeyd ediblər. Onlar Brent markalı neftin qiymətini 2019-cu ilin ikinci kvartalında  90$-a qalxacağını ehtimal etdillər və bunun son hədd olmadığını istisna etmədilər.

 

Son xəbərlər
Digər xəbərlər