22 C
Baku
Saturday, September 28, 2024

Amerikalı bir şəxs “McDonald’s ”dan 1,5 milyon təzminat tələb edir

“McDonald’s ” restoranlar şəbəkəsinin müştərisi ona sifarişlə birlikdə cəmi bir salfet verdikləri üçün restorandan 1,5 milyon məbləğində təzminat tələb edir. 

Vebster Lukas iddia edir ki, o, hal- hazırda bu hadisənin səbəb olduğu “ağır  psixoloji travma” və “emosional pozuntu” ucbatından çalışa bilmir. Vebster Lukasın “McDonald’s ” restoranını məhkəməyə verməsinə səbəb 29 yanvar tarixində Kaliforniyada yerləşən  restoranın şəbəkələrinin birində menecer ilə mübahisə etməsi olmuşdur.

Lukas burger ilə cəmi bir salfet aldığı üçün şikayətlindiyinə görə münaqişə yaranmışdı. Afro amerikalı olan  Vebster Lukas iddia edir ki, o, menecerdən rasist təhqirləri eşitməli olmuşdur.

Hadisədən sonra Lukas restoran şəbəkələrinin menecerinə məktub yazaraq bildirmişdi:

“Sizin əməkdaşınız məni təhqir etdiyi üçün, həmçinin soyadımı yazanda məni lağa qoyduğu üçün, mən qazandığım psixoloji travma və emosional pozuntu üzündən işləyə bilmirəm”.

“McDonald’s ” restoranlar şəbəkəsinin rəsmi təmsilçiləri bu hadisə ilə bağılı heç bir şərh bildirməyiblər.

ABŞ, bəlkə də, qəribə və qeyri- adi məhkəmə iddiaları olan yeganə ölkədir.

Son xəbərlər
Digər xəbərlər