ABŞ-ın Finiks şəhərinin sakini olan ailə mətbəxdə aparılan kosmetik təmir zamanı maraqlı vəziyyətlə qarşılaşıblar.
Gənc cütlük pulları olmadığından yaşadıqları mənzildə özləri təmir işləri aparmaq qərarına gəliblər. Döşəməni qaldırarkən inanılmaz mənzərə ilə qarşılaşıblar. Belə ki, orada şifrəli kilidə malik gizli seyf aşkarlayıblar. Cütlük onlara qədər bu evdə yaşayan azı altı ev sahibini tanıyıblar, lakin bu seyfin onlara məxsus olmadığını dəqiq biliblər.
Gizli yerdə yerləşən seyfin aşkarlanmasından bir neçə ay öncə isə ev sahibəsi vanna otağında içərisində dərman saxlanılan dolabın əks tərəfində seyfin kodunun qeyd edildiyi xüsusi kart tapıb, lakin seyfin harada olması əvvəlcə ona məlum olmayıb.
İlk cəhddən alınmasa da, qıfılı açmaq mümkün olub. Seyfin içində isə həqiqətən xəzinə aşkarlanıb: 100 dollarlıq əskinasların da olduğu paçkalarla pul orata çıxıb. Tapılan pulun ümumi məbləği 51,080 dollar təşkil edib. Bundan başqa müəmmalı seyfdən bir neçə kitab, bir neçə foto və Binqo oyunu aşkarlanıb.
SalamNews