Mark Mobius 15 aprel tarixində 89 yaşında vəfat edib. Bu barədə onun “LinkedIn” səhifəsində dərc olunan məlumatda bildirilir.
Mobius 1936-cı ildə ABŞ-də anadan olub. O, Afrika, Asiya, Şərqi Avropa və Latın Amerikası kimi inkişaf etməkdə olan bazarlarda investisiyalar üzrə ixtisaslaşıb. Həmçinin 2009-cu ildə Asiyada maliyyə böhranını proqnozlaşdırması ilə tanınıb. 1998-ci il böhranından sonra isə Rusiya şirkətlərinin səhmlərini aktiv şəkildə alıb.
Onun yaratdığı layihələr arasında 2012-ci ildə təsis olunmuş “Templeton Africa Fund” və 2018-ci ildə həmkarları ilə birlikdə qurduğu “Mobius Capital Partners” yer alır.






