3 C
Baku
Tuesday, December 30, 2025

Amerikalı investorlar “TikTok”un bloklanmasının qarşısını almaq üçün xidmətə nəzarəti öz əllərinə alırlar

Xatırladaq ki, daha əvvəl ABŞ-ın “TikTok” tətbiqini qara siyahıya daxil etmək planı üzə çıxmışdır. Banker.az xəbər verir ki, bunun qarşısını almaq üçün “ByteDance”ın investorları xidmətin rəhbərliyi ilə nəzarətin onların əlinə verilməsi barədə danışıqlar aprarırlar. Bu barədə “Business Insider” məlumat verib.

Nəşrin bildirdiyi kimi bu, “ByteDance”ın tətbiqin bloklanmasının qarşısını almaq üçün qurduğu ssenarilərdən biridir.

Sövdələşmənin digər iştirakçıları arasında “General Atlantic” və “Sequoia Capital” ola bilər. “The Information”un verdiyi məlumata görə, Çinin “TikTok”u amerikalılara satması da istisna hal deyil.

Xatırladaq ki, “TikTok”un satışına dair müzakirələr hələ 2019-cu ilin sonlarında aparılıb, bu barədə “Bloomberg” yazıb.

2020-ci ilin iyul ayında isə ABŞ-ın dövlət katibi Mayk Pompeo bu xidmətin qara siyahıya alınmasının mümkünlüyü barədə danışıb.

Son xəbərlər
Digər xəbərlər