ABŞ-ın Texas şəhərindən olan konqresmen, Respublikaçı Ron Rayt 68 yaşında vəfat edib.
Bu barədə “Hill” qəzeti məlumat yayıb.
“Konqres üzvü Ron Rayt 7 fevral 2021-ci ildə 67 yaşında vəfat edib”, – deyə nəşr yazıb.
Məlumata görə, yanvarın sonlarında Ron Raytda koronavirus aşkar olunub. Bu, hazırkı Konqres üzvünün koronavirusdan ölməsi barədə ilk belə hadisədir.