15 C
Baku
Friday, March 29, 2024

Amerikalı məktəbli telefonu 20 saniyəyə enerji ilə təmin edən cihaz hazırladı

Hindistan əsilli amerikalı məktəbli İşa Khari mobil telefonu 20 saniyəyə bütünlüklə enerji ilə təmin edən cihaz hazırlayıb və bu enerji bir neçə saata bəs edir. Bildirilir ki, bu superkondensator kiçik bir alətdə böyük miqdarda enerji saxlamağa imkan verir.

İşa Khari artıq Intel Foundation təşkilatının diqqətini cəlb etməyi bacarıb. Belə ki, bu təşkilat məktəblinin Young Scientist Award müsabiqəsi çərçivəsində öz ixtirasını inkişaf etdirməsi üçün ona 50 min dollar həcmində pul ayırmışdır. Məktəblinin sözlərinə görə, onun telefonunun enerjisi tez-tez bitdiyi üçün o, bu cihazı ixtira etməyə başladı və onun elmi maraqları nanokimya sahəsinə aiddir.

İşa Khari ixtirasının uğurlu gələcəyə sahib olacağına və gələcəkdə bununla tək mobil telefonları deyil, digər cihazları da enerji ilə təmin etməyin mümkün olacağına ümid edir. O müsabiqədə rumın tələbə Qorden Murdan geri qalaraq ikinci yeri tutdu. Qorden Mur nəqliyyat vasitələrini idarə edə bilən ucuz süni intellekt cihazı yaradıb. Üçüncü yerə isə tünd maddələrin ölçülməsi metodlarını aydınlaşdıran amerikalı tələbə Henri Vanjune sahib oldu.

Son xəbərlər
Digər xəbərlər