13 C
Baku
Saturday, October 26, 2024

Amerikalı milyarder “Everton”u alır

Amerikalı milyarder Den Fridkin İngiltərənin “Everton” futbol klubunun 94%-ni iş adamı Fərhad Moşirinin “Blue Heaven Holdings” şirkətindən almaq barədə razılığa gəlib.

Bu haqda “BBC” yazıb.

Müqavilənin maliyyə şərtləri hələlik açıqlanmayıb.

Belə ki, müqavilə Böyük Britaniyanın futbol və maliyyə tənzimləyiciləri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, analitik şirkəti “Football Benchmark” yanvarda klubun dəyərini komanda borcu da daxil olmaqla 632,7 milyon dollar qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər