3 C
Baku
Cümə, Dekabr 3, 2021

Amerikalı milyarderlər bir ildə $1.3 trln. varlanıblar

ABŞ-ın ən varlı 400 adamı 2021-ci ildə sərvətlərini 1.3 trilyon dollar artırıblar. İndi onların varidatı 4.5 trilyon dollar olaraq qiymətləndirilir.

Banker.az xəbər verir ki, bununla yanaşı, təkcə 1.8 trilyon dollar top 20-liyin payına düşür. “Forbes” jurnalına görə, dünyanın ən varlı adamı “Amazon” və “Blue Origin” şirkətlərinin qurucusu Ceff Bezosdur.

Qeyd edildiyi kimi, bu dəfə ilk iyirmiliyə daxil olmaq həddi 36 milyard dollar olub ki, bu da 2020-ci illə müqayisədə 10 milyard dollar çoxdur. Dünyanın ən varlı adamları siyahısına aşağıdakılar daxil olub:

1. “Amazon”un qurucusu Ceff Bezos (201 milyard dollar);

2. “Tesla” və “SpaceX”in qurucusu İlon Mask (190.5 milyard dollar);

3. “Facebook”un qurucusu Mark Çukerberq (134.5 milyard dollar);

4. “Microsoft”un həmtəsisçisi Bill Qeyts (134 milyard dollar);

5. “Google”un həmtəsisçisi Larri Peyc (123 milyard dollar);

6. “Google”un həmtəsisçisi Serqey Brin (118.5 milyard dollar);

7. “Oracle”ın texniki direktoru Larri Ellison (117.3 milyard dollar);

8. “Berkshire Hathaway” holdinqinin idarəçisi Uorren Baffet (102 milyard dollar);

9. “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer (96.5 milyard dollar);

10. “Bloomberg” şirkətinin həmtəsisçisi Maykl Blumberq (70 milyard dollar).

Jurnal həmçinin vurğulayıb ki, ABŞ-ın ən varlı insanların ilk onluğuna bir dənə də olsun qadın daxil deyil. “Walmart” supermarketlər şəbəkəsinin sahibi Elis Uolton 12 -ci yerdədir – onun sərvəti 67.7 milyard dollardır. Ümumilikdə, “Forbes”a görə, qadınlar siyahının yalnız 14%-ni tuturlar. Donald Tramp ilk dəfədir ki, ABŞ-ın ən varlı milyarderləri siyahısında yoxdur.

Son xəbərlər
Oxşar xəbərlər
X