13 C
Baku
Friday, November 15, 2024

Amerikalı özü də bilmədən 1 milyon dollar qazanıb

Banker.az Bitcoin Magazine portalına istinadən xəbər verir ki, Kaliforniya sakini özünə imarət alarkən özü də fərqində olmadan 1 milyon dollar qazanıb.

Kişi dəyəri təqribən 4 milyon dollar olan imarətin hesabını bitcoin ilə ödəməyə qərar verir. Bitpay platformasının əməkdaşı Sonny Singh bilirir ki, daşınmaz əmlak satışı ilə məşğul olan şirkət xidmətə müraciət edərək müqaviləni müşayiət etməyi xahiş edir.

Ödənişlə bağlı qeydiyyata başladıqda bitcoinin dəyəri təqribən 750 dollar təşkil edirdi, müqavilə bağlandıqda isə artıq 1000 dollar səviyyəsində idi.

Ödəniş üçün tələb olunan məbləğ həcmi kriptovalyutanın dəyərinin qəfil artımından hələ əvvəl qeydə alındığı üçün, kaliforniyalının əlində “sərbəst” 1,3 milyon dollar qalır.

O həmin məbləğ ilə özünə yeni Lamborghini avtomobili alır.

Yanvar ayının əvvəlində bitcoinin məzənnəsi 1019,94 dollar səviyyəsinə çatdı. Kriptovalyutanın məzənnəsi sonuncu dəfə 1000 dollar səviyyəsinə 2013-cü ilin noyabr ayında çatmışdı. Bitcoinin dəyərinin tarixi maksimumu isə 29 noyabr 2013-cü ildə qeydə alınmışdı. Bu zaman rəqəmsal valyutanın məzənnəsi 1242 dollar təşkil edirdi.

 

Son xəbərlər
Digər xəbərlər