26 C
Baku
Saturday, July 27, 2024

Amerikalı şəxs doğum günündə lotereyada $1 milyon qazanıb

ABŞ-ın Tennessi əyalətinin sakini olan Devon Brown, öz doğum günündə ani lotereya vasitəsilə 1 milyon dollar qazanıb. Banker.az xəbər verir ki, bu haqda UPI agentliyi xəbər verir.

Brown qeyd edir ki, doğum gününü münasibətilə təşkil olunmuş “party” dən əvvəl, yanacaq doldurma məntəqəsində dönərkən, şansını sınamaq üçün lotereya biletini almışdır. “Biletə yüz dəfə baxdım”, – o dedi. “Mən hələ də düşünürəm ki, bu bir yuxudur”.

Devon qazandığı pulu sərmayə edəcəyini söyləyib.

Ani lotereyalar (“scratch”) ABŞ-da tiraj lotereyalardan daha tez-tez keçirilir. Bu kimi lotereyada uduşlar adətən maksimum bir neçə yüz min dollar təşkil edir, nadir halda uduşun dəyəri milyonlara çata bilər.

ABŞ tarixində rekord “jackpot” 2016-cı ilin yanvar ayında 1,59 milyard dollar dəyərində olub. Bu məbləğ 3 uduş biletinin sahibləri arasında bölüşdürülmüşdür. Biletlər Tennessi, Kaliforniya və Florida ştatında satılıb.

Son xəbərlər
Digər xəbərlər