12 C
Baku
Friday, March 29, 2024

Amerikalı şirkət əməkdaşlarına çip yerləşdirəcək

Banker.az xəbər verir ki, Three Square Market şirkəti əməkdaşlarının əllərinə RFID-çiplər yerləşdirməyi təklif edib.

Şirkətdən verilən məlumatda qeyd edilir ki, 50 əməkdaş könüllü şəkildə çipləşməyə razı olub.

Bütün könüllü əməkdaşlar 1 avqustda keçiriləcək “çip-əyləncə gecəsində” çiplə təchiz ediləcəklər.

Kiçik mikroçip baş barmaq ilə işarət barmağı arasında dəri altında yerləşdiriləcək. Onlar bu çipin köməkliyi ilə istirahət otağında qida avtomatlarından nə isə alarkən ödəniş edə, qapıları aça və öz kompüterlərini yandıra bilərlər.

Bununla belə, şirkət rəhbərliyi bildirib ki, əməkdaşlarına nəzarət etmək fikrində deyil. Çiplər isə keçərli olduğu cihazdan 15 sm-dən çox olmayan məsafədə işləyəcək.

Son xəbərlər
Digər xəbərlər