“Piper Jaffray” analitiklərinin araşdırmasına görə, amerikalı yeniyetmələrin böyük əksəriyyəti “iPhone” smartfonuna sahibdir. Məlum olub ki, respondentlərin 82%-i “Apple” smartfonundan istifadə edir.
“Life.ru” saytına istinadən, yeniyetmələrin 86%-i yeni smartfon kimi yalnız “Apple” məhsulunu seçəcəyini bildirib, respondentlərin yalnız 10%-i “Android” sisteminin idarəetməsi altında işləyən aparat satın almağı planlaşdırır.
Analitiklərin sözlərinə görə, amerikalı gənclər arasında “iPhone” smartfonu hələ bu qədər populyar olmamışdı. Məsələn, 2014-cü ilin payızında amerikalı yeniyetmələrin 60%-i “iPhone” cihazından istifadə edib. “Piper Jaffray” şirkətinin sorğusu orta yaşı 16 olan 8600 yeniyetmə arasında keçirilib.