ABŞ-də 1 dekabra təsadüf edən “Cyber Monday” kampaniyası zamanı satışlar yenidən rekord qırıb. İstehlakçılar onlayn mağazalardan alış-verişə 14,25 milyard dollar xərcləyiblər ki, bu da ötən illə müqayisədə 7,1% çoxdur. Bu məlumatı “Adobe Analytics” analitika şirkəti açıqlayıb.
Şirkətin hesablamalarına görə, “Cyber Monday” günü onlayn mağazalara 1 trilyondan çox ziyarət qeydə alınıb. Alış-verişin ən aktiv dövründə — saat 20:00-dan 22:00-dək — istehlakçılar hər dəqiqə 16 milyon dollar xərcləyiblər. Ən böyük endirimlər oyuncaqlara — 28%, kompüterlərə — 20%, elektronika və televizorlara — 19% təşkil edib. “Adobe Analytics”in qiymətləndirməsinə görə, alıcı aktivliyini nəzərə alaraq, 1 noyabrdan 31 dekabra qədər davam edən bayram endirimləri dövründə ümumi satışların həcmi 5,3% artaraq 253,4 milyard dollara çatacağı gözlənilir.
Bundan əlavə, Adobe Analytics onlayn mağazalara İA (süni intellekt) yönləndirməli trafikin əhəmiyyətli dərəcədə artdığını bildirir. Alıcılar məhsulları Sİ tövsiyələri vasitəsilə axtarır və təqdim olunan Sİ linklərinə keçid edirlər. “Cyber Monday”də trafik 2024-cü illə müqayisədə 670% artıb.







