Pandemiya dövründə ABŞ vətəndaşları COVID-19-un yayılması ilə əlaqəli məlumatlardan istifadə edən saxtakarlara görə 505.25 milyon dollar itiriblər.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Federal Ticarət Komissiyasının (FTC) ilk hesablamaları 11 iyun 2020-ci il tarixində dərc edilib və 28 iyula kimi etibarlı sayılır.
Bu məlumatlara görə, indiyədək FTC-yə saxtakarlıqla bağlı 561 210 dəfə müraciət edilib, onların 35%-i pulla əlaqəli olub. Beləliklə, orta hesabla hər bir amerikalı 373 dollar itirib.
Şikayətlər əsasən onlayn alış-veriş (53.3 min), asudə vaxt və səyahət (42.8 min), o cümlədən kredit vermə və kredit kartları xidmətləri ilə bağlı olub. Çox vaxt fırıldaqçılar qurbanları ilə elektron poçt, veb-sayt və ya tətbiq vasitəsilə əlaqə saxlayıblar. Əlaqə vasitələrinin siyahısına həmçinin telefon danışıqları, sosial şəbəkələr və adi poçt da daxildir.
Bu cür fırıldaqçı fəaliyyətlərin ilk dalğası 2020-ci ilin mart ayının ortalarında qeydə alınıb. Həmin dövrdə FTC gündə 500-dən 700-ə qədər şikayət qəbul edib. İyunda eniş baş verib və aktivliyin növbəti yüksəlişi 2021-ci ilin martında baş verib.
Xatırladaq ki, ABŞ koronavirusa yoluxma sayına görə dünyada birinci yeri tutur. Pandemiya başlayandan ölkədə 34.5 milyon insan yoluxub, onlardan 611.2 mini ölüb.
“Gallup” sorğusuna görə, iyun ayında Baydenin reytinqi 50%-ə qədər düşüb (ötən ay bu göstərici 56% olub). Onun üçün bu, prezident olduğu dövrdə ən pis nəticədir. Mütəxəssislərin fikrincə, reytinqin düşməsinin səbəbi yoluxmaların yenidən artması və vaksinasiya sürətinin aşağı olmasıdır.