13 C
Baku
Saturday, November 23, 2024

Amerikalılar və avropalılar pandemiyada $2.7 trln. qənaət ediblər

ABŞ və Avropa sakinləri pandemiya dövründə 2.7 trilyon dollardan çox vəsait qənaət ediblər. Hesablamalara görə, karantin məhdudiyyətləri yumşaldıqdan sonra Avropada bank hesablarında əmanətlər bir qədər azalıb, İtaliyada isə artıb.

Banker.az xəbər verir ki, amerikalılar da əmanətlərini xərcləməyiblər. Daha əvvəl bildirildiyi kimi, bütün dünyada istehlakçılar 5.4 trilyon dollar qənaət ediblər.

Eyni zamanda məlum olub ki, amerikalılar pandemiyada 2.3 trilyon dollar, avropalılar isə 464 milyard dollar toplayıblar. Vətəndaşlar yeni məhdudiyyətlərdən və işlə əlaqəli problemlərdən qorxurlar.

“Yığılmış əmanətlərin iqtisadiyyata qayıtdığına dair heç bir əlamət görmürük”,-deyə Londondakı “TS Lombard” şirkətinin direktoru Dario Perkins söyləyib.

Xatırladaq ki, 2021-ci ilin aprelində beynəlxalq reytinq agentliyi “Moody’s” COVID-19 pandemiyası başlayandan bəri bütün dünyada istehlakçıların qlobal ÜDM-in 6%-ni təşkil edən 5.4 trilyon dollar əlavə qənaət topladıqlarını bildirib.

Son xəbərlər
Digər xəbərlər