4 C
Baku
Friday, March 29, 2024

Amerikalıların kredit kartı borcu rekord həddə çatıb

Amerikalıların bank kartı borcu üçüncü rübdə rekord həddə, əvvəlki illə müqayisədə 19% artaraq 866 milyard dollara çatıb.

Bu barədə TransUnion kredit agentliyinin hesabatında deyilir.

Məlumatlar göstərir ki, ABŞ iqtisadiyyatında artan borclanma xərcləri və tənəzzül riskləri fonunda insanlar yüksək inflyasiyanın öhdəsindən gəlmək üçün kredit kartlarına və təminatsız kreditlərə müraciət edirlər.

Qeyd olunub ki, faiz artımı və inflyasiya istehlakçılara təzyiq göstərməyə davam etdikcə kredit kartı istifadəsində daha da artım olacaq. Belə ki, ABŞ-da adambaşına düşən orta borc bir il əvvəllə müqayisədə 12,7% artaraq 5,474 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər