7 C
Baku
Sunday, December 15, 2024

Amerikan gənclərinin istifadə etdiyi məşhur brendlərin TOP 10-luğu

Gənclər yeni texnologiyanı sevirlər, məhz buna görə də onlar bu bazarda olan yenilikləri izləyirlər.

Bunu, Morning Consult “Most Love Brands” study-nin bu yaxınlarda apardığı araşdırma təsdiqləyib, belə ki,burda göstərilir ki, gənclərin sevimli brendləri arasında yeni texnologiya sahəsində işləyən  şirkətlər rəhbər yer tuturlar.

Morning Consult ekspertləri araşdırmada 400 milyondan çox insanı sorğu-sual ediblər.

Respondentlər şirkəti, brendə münasibət, cəmiyyətin təsiri və inamı kimi müsbət faktorlar əsasında qiymətləndirməli olublar.

Aşağıda biz gənclərin üstünlük verdiyi 10 brenddən bəhs edəcəyik.

10. UPS

United Parcel Service, İnc., və ya UPS, – ekpres-çatdırılma və loqistika üzrə ixtisaslaşmış amerikan şirkəti. Şirkətin baş qərargahı Atlantda (Corciya ştatı) yerləşir.

Şirkət gündəlik, 220-dən çox ölkəyə 9,4 milyon alıcın 16,9 milyondan artıq yükünü çatdırır.

Şirkətin əsas hərəkət istiqaməti – sənədlərin və yüklərin ekspres-çatdırılmasıdır.

Onun 237 reaktiv təyyarədən ibarət parkı olan şəxsi UPS Airlines aviaşirkəti var və  o,dünya üzrə ən böyük ərazi ölçüsünə malik olanlardan biridir. 220-dən çox ölkəyə və ərziyə xidmət edir.

Şirkətdə dünya üzrə 395 min əməkdaş çalışır, bunlardan 318 mini ABŞ –dan. 77 mini isə digər ölkələrdəndir.

9. Android

Android – smartfonlar,planşetlər, electron kitablar, rəqəmsal oyunçular, qol saatları, fitness-bilərziklər, oyun konsolları, noutbuklar,netbuklar, smartbuklar, Google Glass eynəkləri, televizorlar və digər cihazlar üçün olan əməliyyat sistemi.

Android, SCRUM inqilabi metodologiyasının inkişafı sayəsində ən inqilabi əməliyyat sistemi olub

2017-ci ilin mayında mütəxəssislər konfransında Google bildirdi ki, Android tarixi boyunca o, 2 milyarddan çox Andrid-cihazda aktivləşdirilib.

8. Samsung

Samsung-  elektronikanın, yarımkeçiricilərin, telekommunikasiya avadanlıqlarının, yaddaş çiplərinin, maye kristallarının, mobil telefonların və monitorların istehsalı üzrə beynəlxalq transmilli şirkət.

Şirkətin 56 ölkədə yerləşən 124 ofisində 164 mindən çox insan işləyir. Baş ofis Suvondadır.

7. Dollar Tree

Dollar Tree, İnc. – 1$ məbləğində mal satan sabit qiymətli Amerika mağazalar şəbəkəsi

Baş qərargahı Çesapikdə yerləşir, şəbəkə özü isə Fortune 500 siyahısına daxildir və ABŞ-ın 48 ştatında və Kanadada 13600 mağazası  var.

Şirkətin mağazaları Dollar Tree və Dollar Bills adları altında fəaliyyət göstərir.Bundan başqa şəbəkələri Deals “Discounter”-nə aiddir.

6. Nintendo

Nintendo – video-oyunların və oyun konsollarının yaradılması üzrə ixtisaslaşmış yapon şirkəti

Oyun konsollarına və müxtəlif əyləncə məhsullarından əlavə, Nintendo hərbçilərin silah atışı və marxman üzrə interaktiv təlimçi hazıralyır və o da birincı şəxs atıcı tipində olmaqla oyunçular üçün keyfiyyətli şəkillər və real “gameplay” şəklində verilir.

Nintendo markasının təsiri ilə şirkətin, oyun konsolları və istehsal etdiyi oyunlarla maraqlanan fanatlarının skulpturası inkişaf etdi.

5. Target

Target ticarət şəbəkəsi artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir və Birləşmiş Ştatlarda ən böyük şəbəbkələrdən biridir.

Target Corportion – ABŞ-da iri pərakəndə hipermarketlər iqtisadi sinfi şəbəkəsinə malik şirkət.

O, təkcə Amerikada deyil bütün dünya üzrə əlverişli qiymətlər və ümumi adda geniş çeşidli mallar sayəsində böyük populyarlıq əldə edib.

4. YouTube

YouTube – videoların nümayişi, yerləşdirilməsi və saxlanması kimi xidmətləri istifadəçilərə təqdim edən videohostinq saytı.

İstifadəçilər bu və ya digər videoyazıları yükləyə,onlara baxa, qiymətləndirə, onlara rəy bildirə, seçilmişlər siyahısına daxil edə və onları paylaşa bilərlər.

İstifadədə rahatlığı sayəsində YouTube dünya üzrə ziyarətçilərin sayına görə ən məşhur videohostinq və ikinci yer tutan saytdır.

3. Amazon

Amazon.com –  bu amerikan şirkəti satılan malların dövriyyəsi üzrə dünyada ən böyük şirkətlərdəndir və ən çox tələb olunan malların satışını həyata keçirən ilk internet-xidmətlərdən biridir.Baş qərargahı Sietldədir.

Hal-hazırda Amazon.com xidməti 34 kateqoriyada məhsul çeşidini əhatə edir , onların arasında elektron kitablar, məişət elektronikası, uşaq oyuncaqları, ərzaq məhsulları, ev əşyaları, idman malları və digərləri vardır.

2. Google

Google – Amerikanın transmilli ictimai təşkilatı. O, 2015-ci ilin oktyabrında Alphabet holdinqin tərkibindəki Alphabet Inc., şirkəti kimi yaranıb və o da internet axtarış,” bulud” hesablama və reklam texnologiyalarına sərmayə qoyur.

Google  internet-xidmətlər və məhsulları dəstəkləyir və inkişaf etdirir.

Google-u, bütün dünya üzrə məlumatların araşdırılması mərkəzlərində milyondan çox server idarə edir və  hər gün 24 petabayt istifadəçi məlumatlarını və 1 milyarddan çox axtarış sorğularını araşdırırlar.

Yarandığı andan etibarən sürətlə inkişaf etməsi şirkətin əsas məhsulu olan axtarış sistemi ilə birbaşa əlaqəsi olmayan çoxsaylı məhsulların yaranmasına gətiri çıxarıb.

Google-un Gmail poçt xidməti, Google+ sosial şəbəkəsi kimi onlayn məhsulları var.

Şirkətin həmçinin, Google Chrome, Picasa şəkilləri ilə işləmək üçün olan proqram və Hangouts ani mesajlaşma proqramı kimi “desktop” məhsulları var.

1 . Netflix

Netflix – Amerikanın əyləncə şirkəti. O multimedia axını şəklindəseriallar və filmlər təqdim edir.

1997-ci ilin 29  avqustunda Rid Xastinqs və Mark Rendolf tərəfindən yaradılıb. Baş qərargahı Kaliforniyada, Los-Qatosda yerləşir.

2013-cü ildən Netflix öz filmlərini, seriallarını və teleproqramlarını istehsal edir. 2016-cı ildə şirkət 126 orijinal serial və kino təqdim etdi və bu da istənilən digər şəbəkə və ya kabel kanallarınkından çox idi.

2019-cu ilin yanvar ayına olan göstəriciyə görə şirkətin bütün dünya üzrə 139 milyon izləyicisi olub və onlardan 58,49 milyonu ABŞ-dandır.

Son xəbərlər
Digər xəbərlər